AB Birgə Hərbi Əməliyyatın ildönümündə Rusiya əleyhinə yeni sanksiyalar paketi qəbul etməyi planlaşdırır

AB Birgə Hərbi Əməliyyatın ildönümündə Rusiya əleyhinə yeni sanksiyalar paketi qəbul etməyi planlaşdırır

07:54
Bəyəndim (1) Bəyənmədim (0)

Avropa Birliyi 24 fevral 2026-cı ildə Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul etməyi planlaşdırır. Bu barədə mətbuat konfransında AB-nin xarici işlər üzrə ali nümayəndəsi Kaja Kallas bildirib.

"20-ci sanksiyalar paketi ilə bağlı onu 24 fevralda qəbul etməyi gözləyirik. Bu prosesin bir hissəsi olaraq ölkələr müxtəlif təkliflər təqdim edirlər", Kallas deyib.

Onun sözlərinə görə, AB məhdudiyyətlər üzərində işləməyə davam edir; məhdudlaşdırıcı tədbirlər paketi hələ razılaşdırılmayıb.

29 yanvarda Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, AB-nin növbəti sanksiyalar paketində Rusiyanın "kölgə donanmasına" qarşı xüsusilə sərt tədbirlər olmalıdır.

O, həmçinin Rusiya əleyhinə məhdudiyyətlərin 20-ci paketinin "kölgə donanması" gəmilərinin hərəkətinin qarşısını almaq üçün hər hansı dəniz xidmətlərinə qadağa qoyulmasını da əhatə edəcəyinə ümid etdiyini bildirdi.

Əziz Mustafa