Aİ ilə münasibətlər pis olaraq qalır

Aİ ilə münasibətlər pis olaraq qalır

10:15
Bəyəndim (2) Bəyənmədim (0)

Gürcüstan və Avropa İttifaqı arasındakı münasibətlər dəyişməyib və əvvəlki illərdə olduğu kimi aşağı səviyyədə qalır. Bunu Baş nazir İrakli Kobaxidze Gürcüstanın "İmedi" televiziya kanalına verdiyi müsahibədə bildirib.

"Ümid edirik ki, Avropa İttifaqı və onun bürokratiyası suverenliyini bərpa edə biləcək. Bu halda vəziyyət dəyişəcək, lakin hələlik vəziyyət Avropa bürokratiyası üçün çətin olaraq qalır. Müvafiq olaraq, münasibətlərimiz əvvəlki illərdəki səviyyədə qalır ki, bu da çox təəssüf doğurur", - Kobaxidze deyib.

Baş nazirin sözlərinə görə, Gürcüstan bir neçə ildir ki, xarici təzyiqlə üzləşir.

2024-cü ilin may ayında Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu qəbul etdi və ölkənin Aİ və ABŞ ilə münasibətləri pisləşməyə başladı. Aİ dəfələrlə Gürcüstan hakimiyyətini bu qanundan imtina etməyə çağırıb, lakin "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının liderləri qanunun məqsədinin Gürcüstanda fəaliyyət göstərən QHT-lərin maliyyə axınlarında şəffaflığı təmin etmək olduğunu israrla bildiriblər. QHT-lərin bəziləri ölkədə inqilab təşkil etməyə cəhd edib.

Əziz Mustafa