Axios: Rubio Kastronun nəvəsi ilə gizli danışıqlar aparır
ABŞ dövlət katibi Marko Rubio, Kuba lideri Raul Kastronun nəvəsi Raul Gilyermo Rodriges Kastro ilə gizli danışıqlar aparır. Bu barədə “Axios” üç mənbəyə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, danışıqlar rəsmi kanallardan və Kuba hökumətindən yan keçərək aparılır. Axios yazır ki, bu, ABŞ hakimiyyətinin adada əsl qərar verən şəxsin 94 yaşlı böyük Kastronun olduğunu düşünməsinə dəlalət edə bilər. Raul Gilyermo Rodriges Kastro onun qəyyumudur.
ABŞ administrasiyasından yüksək rütbəli bir məmur Axios-a açıqlamasında: "Mən bunu danışıqlar deyil, daha çox gələcək haqqında müzakirələr adlandırardım."
Axios iddia edir ki, Rubio və onun komandası 41 yaşlı Kastro və onun ətrafını biznesə yönəlmiş və kommunizmin uğursuzluğa düçar olduğunu düşünən gənc kubalılar nəslinin nümayəndələri hesab edirlər. Nəşr həmçinin qeyd edir ki, Dövlət Departamentinin fikrincə, bu insanlar ABŞ ilə yaxınlaşmada müəyyən dəyər tapırlar.
Yüksək rütbəli bir məmur jurnalistlərə deyib: "Bizim mövqeyimiz, ABŞ hökumətinin mövqeyi ondan ibarətdir ki, Kuba rejimi getməlidir." Lakin bunun necə baş verəcəyi ABŞ prezidenti Donald Trampdan asılıdır və o, hələ qərar qəbul etməyib.
Axios-un məlumatına görə, Trampın müşavirləri digər nüfuzlu kubalılarla da əlaqə saxlayıblar, lakin Kastro-kiçik əlaqə qurulması lazım olan ən vacib fiqur hesab olunur. Mənbələrdən biri jurnalistlərə deyib: "Onlar Kubada növbəti Delsi [Rodriges] axtarırlar."
Digər bir həmsöhbət qeyd edib ki, Kastro-kiçik babasının sevimlisidir. Onun və Rubionun danışıqlarını "təəccüblü dərəcədə dostcasına" xarakterizə edib. Mənbə həmçinin qeyd edib ki, 41 yaşlı Kastro-kiçik dövlət hərbi-sənaye konqlomeratı GAESA-nın rəhbərliyində müttəfiqlərə malikdir. O, həmçinin qeyd edib ki, Rubio və Kastro-kiçik ümumi Kuba mənşəyi səbəbindən daha asan qarşılıqlı anlaşma tapa bilirlər.
Almaz Həsənli






























.jpg)
.jpg)
.jpg)























.jpg)
.jpg)
.jpg)






















