ISW: Çin Rusiyada yeni hərbi xidmət qanunundan narahatdır
Çin Rusiyada hərbi xidmətə çağırışı məcburi edən yeni qanunun qəbulu fonunda öz vətəndaşlarına xəbərdarlıq edib. Oxuməni.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri yazır.
Qeyd olunur ki, Çin birbaşa Rusiya Silahlı Qüvvələrində xidmətin təhlükəsi barədə xəbərdarlıq etməyib. Lakin "Rusiyada qanuni yaşayış statusunu təmin etmək" üçün "ağıllı qərarlar qəbul etməyə" çağırıb.
Analitiklər Honkonq mediası "South China Morning Post"un məlumatlarına istinad edirlər. Onların məlumatına görə, Rusiyanın yeni hərbi xidmət qanunu 18-65 yaş arası vətəndaşlığı olmayan əcnəbi kişilərdən Rusiya vətəndaşlığı və ya yaşayış icazəsi üçün müraciət etməzdən əvvəl Rusiya Silahlı Qüvvələrində ən azı bir il xidmət etməyi tələb edir.
İstisna Belarus vətəndaşları, eləcə də ya əvvəllər Rusiya Silahlı Qüvvələrində xidmət etmiş, ya da hərbi xidmətə yararsız rəsmi statusu olan kişilər ola bilər. Analitiklər qeyd edirlər ki, əvvəllər Rusiya dövlət mediası fərmanın bu aspektləri barədə məlumat verməyib.
"Çin Xalq Respublikası konsulluğunun xəbərdarlığı göstərir ki, Çin Rusiyanın bu qanun vasitəsilə Rusiyada yaşayan vətəndaşlarını hərbi xidmətə məcbur edə biləcəyindən narahat ola bilər. Rusiya müddəti bitmiş icazələri olan və ya sənədsiz miqrantlara qarşı reydlər keçirib və onları cinayət təqibi və ya deportasiya təhdidi ilə hərbi xidmətə məcbur edib", – analitiklər qeyd edirlər.
Onlar əlavə edirlər ki, əcnəbilər üçün məcburi xidmət Moskvanın hərbi xidmətə cəlb etmə mexanizmlərini əhəmiyyətli dərəcədə gücləndirdiyini göstərir. ISW əlavə edir ki, son vaxtlar Kreml Rusiyada müqaviləli əsgərlərin cəlb edilmə sürətinin azalması fonunda şəxsi heyət çatışmazlığını azaltmaq üçün ehtiyatda olanların tədricən cəlb edilməsinə hazırlaşır.
Almaz Həsənli



































.jpg)
.jpg)
.jpg)
































.jpg)
.jpg)
.jpg)









