İsrail İsfahanda ballistik raket istehsalı müəssisəsinə hücum etdi

İsrail İsfahanda ballistik raket istehsalı müəssisəsinə hücum etdi

14:23
Bəyəndim (1) Bəyənmədim (0)

İsrail İsfahanda ballistik raket istehsalı müəssisəsinə hücum etdi.Bu müəssisə həmçinin raketlərin saxlanması və buraxılması üçün də istifadə olunur. Bu barədə İsrail Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
İsrail ordusu, İrana gecə hücumlarının bir hissəsi olaraq İsfahanda ballistik raketlərin istehsalı, saxlanması və buraxılması üçün istifadə edilən bir müəssisəni hədəf aldığını açıqladı.

"4 mart gecəsi genişmiqyaslı hücumlar zamanı İran boyunca onlarla İran rejiminin obyektinə hücum edildi. Hücum edilən hədəflər arasında İranın qərbindəki İsfahanda Qədr raketləri də daxil olmaqla ballistik raketlərin saxlanması, istehsalı və buraxılması üçün istifadə edilən bir obyekt də var idi", - deyə ordu açıqlamasında bildirib.

Əziz MUSTAFA