İsrail ordusu Livanın şərqindəki üç şəhərin sakinlərinin təxliyəsini  istəyib

İsrail ordusu Livanın şərqindəki üç şəhərin sakinlərinin təxliyəsini istəyib

10:22
Bəyəndim (1) Bəyənmədim (0)

Livanın şərqindəki Bekaa vadisində yerləşən Britel, Doris və Majdalun şəhərlərinin sakinləri İsrail ordusundan evlərini tərk etmələri barədə xəbərdarlıq alıblar. Hərbi sözçü Avichai Edrinin ərəb dilində X-də yayılan açıqlamasında bildirilir ki, yaxın saatlarda şiə təşkilatı Hizbullahın obyektlərinin yerləşdiyi bu şəhərlərə zərbələr endiriləcək.

"İsrail Müdafiə Qüvvələri (İMQ) Hizbullaha qarşı güc tətbiq etməyə məcburdur, lakin sizə zərər vermək niyyətimiz yoxdur", - deyə mətndə bildirilir. "Buna görə də, təhlükəsizliyiniz üçün təcili olaraq bu təhlükəli ərazini tərk etməyinizi və Baalbek-Zahle şossesi boyunca qərbə doğru hərəkət etməyinizi tələb edirik."

Edri qeyd edib ki, İsrail ordusu üç şəhərin sakinlərinə evlərinə qayıda biləcəkləri zaman məlumat verəcək.

Əziz Mustafa