Tramp Ukraynada sülh danışıqlarına marağını itirib

Tramp Ukraynada sülh danışıqlarına marağını itirib

11:06
Bəyəndim (1) Bəyənmədim (0)


Ukraynada sülh danışıqları prosesi ABŞ prezidenti Donald Trampın İrana qarşı müharibəyə diqqətini yönəltdikdən sonra uzanıb. Oxuməni.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Avropa rəsmilərinə istinadən məlumat yayıb.
ABŞ-ın Rusiyanı sülhə məcbur etmək üçün təzyiqi isə azalır. Buna təsir edən amillərdən biri kimi Vaşinqtonun İrana qarşı kampaniyasını göstəriblər. Avropa diplomatlarının sözlərinə görə, Yaxın Şərqdəki münaqişə ABŞ-ın diqqətini yayındırıb. Keçən həftə ABŞ rəsmiləri Avropalı həmkarlarına bildiriblər ki, Vaşinqton Rusiya neft sənayesinə qarşı sanksiyaları sərtləşdirməyəcək, iki Avropa İttifaqı diplomatı bildirib. Rusiya sanksiyaları qanunsuz hesab edir.
ABŞ-ın vasitəçiliyi ilə Kiyev və Moskva arasında aparılan danışıqlar "həqiqətən təhlükəli zonada idi", - deyə yüksək rütbəli Avropa rəsmisi bildirib. (RBC sitat gətirir.)
ABŞ, Rusiya və Ukraynanın iştirakı ilə keçirilən son üçtərəfli sülh danışıqları fevralın ortalarında Cenevrədə baş tutub və nəticələri barədə çox məhdud bəyanatlarla yekunlaşıb.
Almaz Həsənli