Pit Heqset qaradərililərə və qadınlara general rütbəsi verilməsindən imtina edib
ABŞ-ın hərbi naziri Pit Heqset general rütbəsi almaq üçün təqdim edilmiş iki qaradərili və iki qadının xidmətdə irəliləməsini əngəlləyib. Oxuməni.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, bu zabitlər briqada generalı (general-mayor) rütbəsi almaq üçün nəzərdən keçirilənlər siyahısında olublar. Nəşrin Pentaqondakı bəzi mənbələri Heqsetin bu qərarını namizədlərin peşəkar keyfiyyətləri ilə deyil, irqi və cinsi ilə əlaqələndirirlər. Onlar qeyd edirlər ki, nazirliyin rəhbəri bir neçə ay ərzində bu zabitlərin adlarının xidmətdə irəliləmək üçün təqdim olunanlar siyahısından çıxarılmasını, o cümlədən quru qoşunları naziri Daniel Driskoldan tələb edib, lakin o, imtina edib.
NYT əlavə edib ki, hazırda general rütbəsi almaq üçün təxminən otuz zabit siyahıda var və onların əksəriyyəti ağdərili kişilərdir. Pentaqon Heqsetin dörd nəfərin bu siyahıdan çıxarılması qərarını şərh etməkdən imtina edib.
Almaz Həsənli






































.jpg)

.jpg)









































