Belarus əsilli şəxs İsrail kəşfiyyatı "Mossad"ın yeni direktoru olacaq
İsrail "Mossad"ın yeni direktorunu təsdiqlədi. Baş nazir Benyamin Netanyahunun hərbi katibi, general-mayor Roman Qofman bu vəzifəyə gətirildi. O, beş illik müddəti başa çatan David Barnianı əvəz edərək, 2 iyun 2026-cı ildə vəzifəsinə başlayacaq. Oxuməni.az xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.
Qofmanın namizədliyi təyinatlar üzrə məsləhət komitəsi tərəfindən təsdiqlənib, daha sonra Netanyahunun müvafiq sərəncamı imzalanıb. Qofmanın təyin edilməsi barədə baş nazir hələ 2025-ci ilin dekabrında elan etmişdi.
Qofman 1976-cı ildə Belarusun Mozır şəhərində anadan olub. 1990-cı ildə valideynləri ilə birlikdə İsrailə köçüb (aliyə olub), 1995-ci ildə isə tank qoşunlarına çağırılıb. O, həqiqi hərbi xidmətdən diviziya komandanlığına qədər yüksəlib.
7 oktyabr 2023-cü ildə döyüş hazırlığı mərkəzinin komandiri olarkən, HƏMAS-la döyüşlərdə iştirak etmək üçün Sderot şəhərinə gedib və ağır yaralanıb. 2024-cü ilin may ayında Netanyahunun hərbi katibi təyin edilib.
Almaz Həsənli




















































































