Yaponiya 2026-cı ildə müdafiəyə rekord həddə - 10,6 trilyon yen (66,7 milyard dollar) xərcləyəcək
TASS-ın Yaponiyanın müdafiə naziri Şinjiro Koizumiyə istinadən verdiyi məlumata görə, Yaponiya 2026-cı ildə müdafiəyə rekord həddə - 10,6 trilyon yen (66,7 milyard dollar) xərcləyəcək ki, bu da ölkənin ÜDM-nin təxminən 1,9 faizini təşkil edir.
Koizuminin sözlərinə görə, müdafiə xərclərinin artması yeni milli təhlükəsizlik strategiyasının həyata keçirilməsinin bir hissəsidir.
Yenilənmiş milli təhlükəsizlik strategiyası Yaponiya hökuməti tərəfindən 2022-ci ilin dekabr ayının ortalarında təsdiqlənib. Orada həmçinin Yaponiyanın potensial düşmənin ərazisindəki hədəflərə qarşı əks-hücumlar edə biləcəyi bildirilir, lakin qabaqlayıcı zərbələrin qadağan edildiyi vurğulanır.
Bundan əlavə, Yaponiya mövcud Tip-12 raketlərinin mənzilini artırmaqla yanaşı, özünün hipersəs silahlarını da inkişaf etdirməyi və ABŞ-dan Tomahawk qanadlı raketləri almağı planlaşdırır.
Əvvəllər bildirilirdi ki, ABŞ 2027-ci maliyyə ili üçün büdcə layihəsində Ukraynadan bəhs etməyib.
Əziz MUSTAFA



















































































