Durov Fransada onunla bağlı istintaqın gedişatı barədə danışıb
Telegram mesencerınin həmsahibi Pavel Durov bildirib ki, onunla bağlı Fransada aparılan istintaq "daha çox onlarla ittiham" üzrə davam edir və hər biri 10 ilə qədər həbs cəzası nəzərdə tutur. Oxuməni.az xəbər verir ki, o, bunu öz Telegram-kanalında yazıb.
"Makronun Fransası qanuniliyini itirir, çünki o, söz azadlığını və məxfiliyi boğmaq üçün cinayət təqiblərdən istifadə edir. Mən Fransada istintaq altındayam: ondan çox ittiham, hər biri 10 ilə qədər həbs cəzası nəzərdə tutur", - deyə Durov bildirib.
Bundan əvvəl Durov bildirmişdi ki, Fransa onun fikrincə, istifadəçilərə müəyyən dərəcədə azadlıq verən sosial platformaları cinayət məsuliyyətinə cəlb edən yeganə ölkədir.
2021-ci ildə Fransa vətəndaşlığını qəbul etmiş Pavel Durov 2024-cü ilin avqust ayının sonunda Le-Bürje hava limanında təyyarədən enərkən həbs olunub. Ona mütəşəkkil cinayətkarlıqla bağlı bir sıra cinayətlərdə ittiham irəli sürülüb. Xüsusilə, “Telegram”da kriminal kontentin yayılmasının məhdudlaşdırılması üçün tədbirlər görməməkdə və ya tədbirlər görmədiyinə görə ittiham olunub.
Durov ötən ilin avqust ayının sonundan Fransada olub və ölkədən çıxmaq qadağan edilib. Sahibkar həmçinin qeydiyyat yerindəki polis bölməsinə həftədə iki dəfə baş çəkməli idi. Keçən ilin noyabrında Fransa hakimiyyəti Durov üçün ölkədən çıxış qadağasını ləğv edib.
Almaz Həsənli


















































































