Peskov Putinlə Zelenski arasında görüşün şərtlərini açıqladı
Rusiya Prezidenti Vladimir Putin Volodimir Zelenski ilə görüşə hazırdır, lakin bu danışıqlar nəticəli olmalı və artıq razılaşmaların yekunlaşdırılması mərhələsində keçirilməlidir. Oxuməni.az xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov buna işarə edib.
"Əsas məsələ görüşün məqsədidir. Nə üçün görüşmək lazımdır? Putin istənilən vaxt Moskvada görüşməyə hazır olduğunu bildirib. Əsas odur ki, görüş üçün bir səbəb olsun və görüş nəticəli olsun, bu isə yalnız razılaşmaların yekunlaşdırılması üçün ola bilər", - o, "Vesti"yə verdiyi açıqlamada deyib.
Peskov həmçinin qeyd edib ki, Rusiya Kiyev rəhbərliyındən münaqişənin həlli üçün siyasi iradə görmür.
Həftə sonuna qədər amerikalı nümayəndələrlə görüşün baş tutub-tutmayacağı sualına cavab verən Peskov bildirib: "Bu görüş istənilən vaxt, hətta sabah da baş tuta bilər. Biz həmişə amerikalı dostlarımızı burada görməkdən məmnunuq."
Almaz Həsənli










.jpg)








































































