ABŞ Xamneyinin sağ olduğunu güman edir – Rubio

ABŞ Xamneyinin sağ olduğunu güman edir – Rubio

15:04
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ dövlət katibi Marko Rubio İranın Ali Lideri Müctəba Xameneinin sağ olduğunu güman edir. Oxuməni.az xəbər verir ki, bu barədə Rubio “Fox News”-a verdiyi müsahibədə bildirib.

"Bəli, onun sağ olduğuna dair dəlillərimiz var. Aydındır ki, onlar (İran tərəfi – red.) bunu iddia edirlər. Əksini sübut edən heç bir dəlilimiz yoxdur", – Marko Rubio deyib.

Aprel ayının əvvəlində “The Times” qəzeti əldə etdiyi kəşfiyyat məlumatlarına istinadən Xamneyinin müalicə aldığını və qərar qəbuletmədə iştirak etmədiyini yazmışdı.

Ötən həftə “The New York Times” qəzeti İslam Respublikasının Ali Liderinin qərar qəbuletməni müvəqqəti olaraq generallara həvalə etdiyini bildirmişdi. Müctəba Xameneinin ağılı başında olduğu bildirilirdi, lakin hələ də bir neçə əməliyyat keçirməli idi.

Almaz Həsənli