Rusiyanın ən kiçik etnik qrupu - cəmi 23 nəfər

Rusiyanın ən kiçik etnik qrupu - cəmi 23 nəfər

12:58
Bəyəndim (2) Bəyənmədim (0)

Kereklər (özlərini аnkalqakku — «sahil adamları», аrаkıkku — çukot dilində. Kerekit) Rusiyada cəmi 23 nəfər olan ən kiçik yerli xalqdır. Oxuməni.az xəbər verir ki, Millətlər İşləri üzrə Federal Agentliyin (FADN) mətbuat xidmətindən TASS-a verilən məlumata görə, "23 kerek var", - agentlik Rusiyanın ən kiçik etnik qrupu ilə bağlı suala cavab olaraq bildirib.

Kereklər Rusiyanın Paleo-Asiya xalqlarından biridir. Onlar Berinq dənizi yaxınlığındakı Çukotka Muxtar Dairəsində yaşayırlar. Onlar əsasən çukot dili və rusça danışırlar; onlar əvvəllər Kerek dilində danışırdılar. Kerek dilində danışan sonuncu şəxslər 1991-2005-ci illər arasında vəfat ediblər. 2005-ci ildən bəri dilçilər bu dili sönmüş kimi təsnif ediblər.

30 aprel 2026-cı il Rusiyada ilk dəfə “Rusiyanın Azsaylı Yerli Xalqları Günü” qeyd olunacaq. Bu tarix Rusiya Prezidenti Vladimir Putinin 4 noyabr 2025-ci il tarixli fərmanı ilə təsis edilib.

Almaz Həsənli