Myanmanın keçmiş lideri Aun San Su Çi ev dustaqlığına köçürülüb

Myanmanın keçmiş lideri Aun San Su Çi ev dustaqlığına köçürülüb

16:11
Bəyəndim (0) Bəyənmədim (0)


Fevral 2021-ci ildən həbsdə olan Myanmanın keçmiş lideri və Nobel Sülh Mükafatı laureatı Aun San Su Çi həbsdən ev dustaqlığına köçürülüb. Oxuməni.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin dövlət mediası hərbçilərə istinadən məlumat yayıb.
80 yaşlı Aun San Su Çi, beş il əvvəl baş vermiş hərbi çevriliş nəticəsində vəzifəsindən kənarlaşdırıldığı andan etibarən, yəqin ki, paytaxt Naypyidodakı hərbi həbsxanada saxlanılırdı.
Çevrilişə rəhbərlik edən hərbi xuntanın lideri Min Aunq Hlaynın bəyanatında deyilir ki, o, "qalan həbs müddətini təyin edilmiş yaşayış yerində cəzasını çəkməklə əvəz edib".
Aun San Su Çi 2015-ci ildə Myanmanın o vaxtkı rəhbərləri demokratik islahatlar apardıqdan sonra hakimiyyətə gəlib. Bundan əvvəl o, 15 ildən çox ev dustaqlığında qalaraq fəal və demokratiya uğrunda mübariz kimi dünya şöhrəti qazanmışdı.
Myanmanın dövlət mediası onun iki hərbçi ilə əhatə olunmuş halda oturduğu bir foto yayımlayıb. Şəklin nə vaxt çəkildiyi aydın deyil.
Aun San Su Çinin vəkilləri onun ev dustaqlığına köçürülməsi qərarını alqışlayıblar.
"Aun San Su Çi Myanma həbsxanalarında beş ildən çox cəhənnəm yaşayıb. Biz onun vəziyyətinin dəyişməsini alqışlayırıq, eyni zamanda vurğulayırıq ki, o, hələ də ədalətsiz şəkildə azadlıqdan məhrum edilib", - deyə AFP-nin sitat gətirdiyi Fransua Zimeray və Katalina de la Sota-nın bəyanatında bildirilir.
Bununla belə, Aun San Su Çinin oğlu Kim Aris hərbçilərin bəyanatına şübhə ilə yanaşdığını və onun sağ olduğuna dair dəlillərinin olmadığını bildirib. Onun sözlərinə görə, yayımlanan anasının fotosu 2022-ci ildə çəkilib.
"Ümid edirəm ki, bu doğrudur. Mən hələ də onun [ev dustaqlığına] köçürüldüyünə dair heç bir real dəlil görməmişəm," - o, BBC-yə deyib. "Beləliklə, mənə onunla danışmağa icazə verilməyənə və ya kimsə onun vəziyyətini və harada olduğunu müstəqil olaraq təsdiqləyə bilənə qədər heç bir şeyə inanmayacam."
Aung San Su Çinin səhhəti və ya saxlanılma şəraiti barədə sonadək məlumatsızlıq hökm sürürdü və Kim Ariş dekabrda anasından uzun illərdir xəbər almadığını bildirmişdi.
Onun vəkilləri üç ildən çoxdur ki, onu görmürdülər; ailəsinin də iki ildən çoxdur ki, onunla əlaqə saxlamadığı bildirilirdi.
Cümə axşamına qədər görünən yeganə təsviri, hərbi qüvvələrin başlatdığı və Aung San Su Çinin rədd etdiyi ittihamlar üzrə məhkəmə proseslərinin başlanğıcında, 2021-ci ilin mayında keçirilən məhkəmə iclası zamanı çəkilmişdi.
BBC-nin müxbirlərinin qeyd etdiyi kimi, Myanma hərbi lideri Min Aunq Hlaing öz rejimini beynəlxalq təcrid olunmadan çıxarmağa çalışır və dövlət mediasında Aung San Su Çi haqqında xəbərin qəfil ortaya çıxması, hərbi hakimiyyətin onun statusunda, o cümlədən azadlığa buraxılmasında gələcək dəyişikliklərə hazırlaşa biləcəyini göstərir.
Almaz Həsənli