Tramp ABŞ-ın Kuba məsələsini həll etmək niyyətində olduğunu bildirib
ABŞ administrasiyasının rəhbəri Donald Tramp bəyan edib ki, ABŞ Kubanın məsələsi ilə məşğul olmağı planlaşdırır.
Oxuməni.az-ın TASS-a istinadla verdiyi məlumata görə, o, bu barədə "Full Measure" proqramına verdiyi müsahibədə ABŞ administrasiyasının Kubaya qarşı gələcək tədbirləri barədə danışarkən bildirib.
"Bu ölkə illərdir tənəzzüldədir. Bir işlə məşğul olmadan əvvəl, digərini bitirəcəyik," - deyə o, müsahibəsində bildirib. ABŞ rəhbərliyinin Kuba hakimiyyəti ilə əlaqə saxlayıb-saxlamadığı barədə suala cavab verən Tramp, "bununla [ABŞ dövlət katibi] Marko Rubio məşğuldur" deyib.
Martın 5-də ABŞ lideri bildirib ki, Vaşinqton İranla hərbi əməliyyat başa çatdıqdan sonra Kubaya qarşı gələcək fəaliyyət kursunun hazırlanması ilə məşğul olmağı planlaşdırır.
Almaz Həsənli















.jpg)
.jpg)
.jpg)

































.jpg)

.jpg)




.jpg-8.jpg)
.jpg)
.jpg-1.jpg)






















