Məhkəmə keçmiş Boliviya prezidenti üçün həbs qərarı verib
Boliviyanın Tarija departamentindəki məhkəmə keçmiş prezident Evo Moralesin insan alveri işi üzrə dinləməyə gəlməməsi səbəbindən həbs qərarı verib.
Oxuməni.az xəbər verir ki, bu barədə "El Deber" qəzeti məlumat verib.
Qəzet Tarija Regional Məhkəməsinin sədri Luis Esteban Ortizin sözlərinə istinadən bildirib ki, "Dinləmələr bərpa tarixi təyin edilmədən dayandırılıb, çünki dinləmələrin başlaması üçün təqsirləndirilən şəxslər saxlanılmalı və ya könüllü olaraq iştirak etməlidirlər".
Əvvəllər Evo Moralesin insan alveri işi üzrə dinləməyə gəlmədiyi bildirilirdi.
Dinləmələr 11 may bazar ertəsi günü başlayıb, lakin keçmiş dövlət başçısı məhkəməyə gəlməyib. Onun vəkilləri iddia edirlər ki, Moralesə məhkəməyə gəlmək tələbi barədə lazımi qaydada məlumat verilməyib.
Müdafiə tərəfinin arqumentləri ilə razılaşmayan məhkəmə Moralesi tabesizlikdə ittiham edib. Boliviyanın cinayət məcəlləsinə görə, bu, məhkəməyə keçmiş dövlət başçısını həbs etmək üçün tədbirlər görmək hüququ verir.
Almaz Həsənli


















































.jpg)
.jpg)
.jpg)































