ABŞ Kubada hərbi əməliyyatlara hazırlaşır
ABŞ-ın Cənub Komandanlığı Kubada potensial hərbi əməliyyatlar barədə bir neçə iclas keçirib. Oxuməni.az xəbər verir ki, bu barədə “Politico” ABŞ rəsmisinə və başqa bir mənbəyə istinadən məlumat verib. Onların sözlərinə görə, hazırda ABŞ hərbi əməliyyatların keçirilməsinə əvvəlkindən daha ciddi yanaşır.
“Politico”-nun məlumatına görə, ABŞ prezidenti Donald Tramp və onun köməkçiləri ABŞ-ın təzyiqinin Kubadan güzəştlərə gətirməməsindən məyusdur.
“Əvvəlcə Kuba ilə bağlı fikir belə idi ki, rəhbərlik zəifdir və sanksiyaların gücləndirilməsi, faktiki neft blokadası və ABŞ-ın Venesuela və İranda açıq hərbi qələbələri kubalıları razılığa gəlməyə məcbur edəcək”, — mənbə deyib. Onun sözlərinə görə, kubalılar “ilk düşünüləndən daha sərt çıxdılar”. Bu, ABŞ-la İranda münaqişədə İranda mövqeyilə əlaqədar ola bilər.
“Politico” mənbələri ABŞ-ın keçmiş Kuba lideri Raul Kastronu ələ keçirmək planları barədə xəbərlərə münasibət bildiriblər. Onların sözlərinə görə, administrasiya bir-iki şəxsin ələ keçirilməsindən başqa bir neçə hərbi əməliyyat variantını nəzərdən keçirir. ABŞ həm tək-tək hava zərbəsini, həm də quru işğalını nəzərdə tutur.
Kuba prezidenti Miqel Dias-Kanel ölkəsinin ABŞ üçün təhlükə yaratmadığını bildirib. O qeyd edib ki, ABŞ-ın hərbi aqressiyadan müdafiə hüququ var, lakin belə bir təhdid “nəcib kubalı xalqın üzərinə müharibə salmaq üçün bəhanə kimi istifadə edilə bilməz”. Miqel Dias-Kanel Kubaya qarşı sanksiyaları soyqırımı aktı adlandırıb.
Kuba ilə ABŞ münasibətləri yanvarda, Donald Tramp kubalılara neft tədarük edən ölkələrdən gələn mallara rüsumlar tətbiq edən fərman imzaladıqdan sonra gərginləşib. Adada enerji böhranı başlayıb. 1 mayda Tramp Kuba rəhbərliyinə qarşı yeni sanksiyalar tətbiq edib. Növbəti gün o bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri “İran yolu ilə” adanı nəzarətə götürə bilər.
Almaz Həsənli















.png)







.jpg)


























































