Brent nefti 98,06 dollara düşüb

Brent nefti 98,06 dollara düşüb

12:40
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün səhərdən neft ucuzlaşır.

Bu barədə Oxuməni.az "İnterfaks"a istinadən məlumat yayıb.

Bakı vaxtı ilə saat 9:12-dək London ICE Futures birjasında Brent neftinin iyul fyuçersləri 1,52 dollar (1,53%) ucuzlaşaraq 98,06 dollara düşüb. Bazar ertəsi Brent 3,44 dollar (3,6%) bahalaşaraq 99,58 dollara yüksəlmişdi.

Bu vaxtadək Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarətində WTI-nin iyul fyuçersləri 1,89 dollar (2,01%) ucuzlaşaraq 92 dollara düşüb. Əvvəlki gün bu müqavilə 2,71 dollar (2,8%) ucuzlaşaraq 93,89 dollara enmişdi.

Bazar iştirakçıları Hörmüz boğazından təxminən 4 milyon barel neft daşıyan ən azı iki supertankerin keçməsi xəbərini müsbət siqnal kimi qəbul ediblər.

Almaz Həsənli