Kubada növbəti milli "bləkaut" baş verib

Kubada növbəti milli "bləkaut" baş verib

10:56
Bəyəndim (1) Bəyənmədim (0)

Kubanın elektrik şəbəkəsi bazar ertəsi, iyulun 6-da tamamilə sıradan çıxıb. Bu barədə dövlət operator şirkəti Unión Eléctrica məlumat yayıb. Ölkə rəhbərliyi bildirib ki, artıq elektrik enerjisinin verilməsinin bərpası üzrə işlərə başlanılıb. Qəzanın səbəbləri araşdırılır. Oxuməni.az xəbər verir ki, bu barədə AP agentliyi yazıb.

Qəza, Tramp administrasiyasının Havanadakı rejimə qarşı iqtisadi və siyasi təzyiqlərin gücləndiyi bir vaxtda baş verib. Küba özü isə yalnız lazım olan yanacağın 40%-ni təmin edə bilir. 2026-cı ilin yanvarından ABŞ yalnız bir Rusiya tankerinə martın sonunda adaya neft çatdırmağa icazə verib və bu 730 min barel neft may ayında artıq bitib.

Bloomberg agentliyinin qeyd etdiyi kimi, Amerika blokadası təxminən 10 milyon insanın yaşadığı Kubada elektrik enerjisinin xroniki fasilələrlə verilməsini əhəmiyyətli dərəcədə pisləşdirib. May ayında ölkə rəhbərliyi yanacaq ehtiyatlarının tamamilə tükəndiyini elan edib.

Son aylar ərzində Kubanın sakinləri artıq bir neçə dəfə enerji sistemində miqyaslı fasilələrlə qarşılaşıblar. Martın ortasında bütün ölkə bir neçə saat işıqsız qalıb, mayda isə Kubanın şərq əyalətləri eyni problemlə üzləşib. Elektrik enerjisinə qənaət etmək məqsədilə hökumət də mütəmadi olaraq 24 saata qədər davam edə bilən planlı işıq kəsilmələrini həyata keçirir, Bloomberg yazır.

Bloomberg qeyd edir ki, iqtisadi və siyasi təzyiqlər vasitəsilə Donald Tramp Kubada hökuməti ABŞ-a daha sadiq bir hökumətlə əvəz etməyi ümid edir.

Almaz Həsənli