Avropa Ermənistan mallarından məmnun deyil
Erməni ixracatçılar və yükdaşıyıcılar kənd təsərrüfatı məhsullarını Aİ ölkələrinə ixrac edərkən getdikcə daha çox bürokratiya və müxtəlif gömrük ləngimələri ilə üzləşirlər. Oxuməni. az xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti yazır.
Nəşr qeyd edir ki, Avropa istiqamətində yük daşıyanlar ciddi inzibati və gömrük maneələri ilə qarşılaşmaqda davam edirlər ki, bu da həm maliyyə, həm də vaxt baxımından xərcləri əhəmiyyətli dərəcədə artırır.
"Sputnik Ermənistan"ın istinad etdiyi məqalədə deyilir ki, erməni yük maşınları çox uzun müddət yoxlanılır, möhürlənir və günlərlə gömrük terminallarında gözləməli olurlar. Tez xarab olan kənd təsərrüfatı məhsullarının ixracı zamanı əlavə yoxlamalar və digər inzibati prosedurlar ciddi fəsadlara yol açır.
İrəvan rəsmi olaraq Avrasiya İqtisadi İttifaqında (Aİİ) fəaliyyətini davam etdirdiyini bəyan etsə də, Aİ-yə can atır. Halbuki, Rusiya tərəfi dəfələrlə bildirib ki, iki ittifaqın birləşdirilməsi mümkün deyil.
Bununla belə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin İrəvanda verdiyi vədlər vəd olaraq qalır: o, Avropa bazarının Ermənistandan gələn təzə kənd təsərrüfatı məhsullarının 99%-i, həmçinin içki və alkoqollu məhsulların 90%-i üçün açıq olacağını iddia etmişdi.
Ekspertlər isə qeyd edirlər ki, Aİ tərəfindən ayrılan vəsait fermerlərin zərərləri ilə müqayisədə çox cüzidir.
Hazırda Rusiyaya istənilən növ bitki mənşəli erməni məhsullarının (konservləşdirilmiş məhsullar istisna olmaqla) idxalı ciddi şəkildə məhdudlaşdırılıb. Həmçinin, Ermənistanın bütün müəssisələrindən Rusiyaya balıq məhsullarının tədarükünə də məhdudiyyətlər qoyulub. Halbuki, Ermənistanın ixracının 90%-dən çoxu məhz Rusiyanın payına düşür.
Almaz Həsənli
































































.jpg)

.jpg)


.jpg)












