Humanoid robot 1 sentyabrda ABŞ məktəbində dərs deməyə başlayacaq

Humanoid robot 1 sentyabrda ABŞ məktəbində dərs deməyə başlayacaq

13:40
Bəyəndim (1) Bəyənmədim (0)

1 sentyabrda Salli adlı humanoid robot Nyu-Yorkun Salamanka şəhərindəki bir məktəbdə dərs deməyə başlayacaq. Oxuməni.az xəbər verir ki, bu barədə New York Post qəzeti məlumat yayıb.

O, Apple şirkətinin həmtəsisçisi Stiv Voznyakın iştirakı ilə yaradılan Woz Ed təhsil proqramının bir hissəsi olaraq müəllimlərə 11-ci və 12-ci sinif şagirdlərinə proqramlaşdırma, robototexnika və süni intellekt fənlərini tədris etməkdə kömək edəcək.

Robot silikon dəri ilə təchiz olunub, qadın görünüşünə, qəhvəyi saçlarına, açıq dəriyə, hərəkətli qollarına malikdir və regional aksentlə danışır. Lakin Salli müstəqil hərəkət edə bilmir. Dəyəri təxminən 60.000 dollardır.

Məktəb direktoru Mark Biler humanoid robotun təqdimatını təhsil prosesinin inkişafında yeni bir mərhələ adlandırıb. Onun sözlərinə görə, Salli müəllimləri əvəz etməyəcək, əksinə onların köməkçisi olacaq, rəhbərlik edəcək və şagirdlərə dərslər zamanı müstəqil şəkildə həll yolları tapmağa kömək edəcək. Bu, Amerika məktəbində humanoid robotdan istifadə etməklə aparılan ilk belə təcrübələrdən biri olacaq.

Almaz Həsənli