Amerika polisi həbs olunanları Teylor Sviftin mahnıları ilə işgəncə verməklə hədələyib

Amerika polisi həbs olunanları Teylor Sviftin mahnıları ilə işgəncə verməklə hədələyib

10:09
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Karolina ştatının Qrinsboro şəhərinin polisi "X" sosial şəbəkəsində həbs olunanlara Teylor Sviftin yeni mahnılarının fasiləsiz (təkrar-təkrar) səsləndiriləcəyi barədə paylaşım edib. Sentyabrın 29-da dərc olunan yazı oktyabrın 2-dək 101 min bəyənmə, 9 min retvit və mindən çox şərh toplayıb. Oxuməni.az xəbər verir ki, bu barədə "Vice" məlumat yayıb.

"Bu axşam həbs olunan hər kəs Teylor Sviftin yeni mahnılarını fasiləsiz dinləməyə məcbur olacaq", - deyə polislər yazıblar. Paylaşım Teylor Sviftin pərəstişkarlarının hiddətinə səbəb olub. Bəziləri polislərin qeyri-peşəkar davrandığını yazıb. Nəticədə daha bir paylaşım edilib: "Teylorun botlarını narahat etdiyimiz üçün üzr istəyirik. Zəhmət olmasa, "The Life of a Showgirl" mahnısını dinləməyə davam edin".

Sentyabrın sonunda Teylor Svift ilk dəfə 2025-ci ildə buraxılmış "The Life of a Showgirl" albomunun yenilənmiş versiyasını təqdim edib.

Almaz Həsənli