Estoniya qoşunlarını Rusiya sərhədinə yerləşdirməyə başlayıb
Estoniya "fəal müdafiə" strategiyasına keçid çərçivəsində hərbi bölmələrini Rusiya ilə sərhədə daha yaxın ərazilərə köçürməyə başlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, bir briqadanın qüvvələrinin Tapa hərbi bazasından sərhəddən təxminən 50 km aralıda yerləşən Yıxviyə köçürülməsi planlaşdırılır. Narvada da təxminən 1000 hərbçinin yerləşdirilməsi üçün nəzərdə tutulan hərbi baza tikilir. İddia olunur ki, hərbçilərlə yanaşı, şərq sərhədinə uzaqmənzilli silahlar da daşınır.
Bununla belə, FT qeyd edir ki, Estoniyanın hərbi və kəşfiyyat idarələrinin rəhbərləri Rusiyanın yaxın perspektivdə NATO ilə genişmiqyaslı münaqişədə maraqlı olduğunu düşünmürlər.
Ötən həftə Finlandiya prezidenti Aleksandr Stubb Avropa ölkələrini Rusiya ilə NATO arasında birbaşa toqquşma ilə bağlı qorxuları şişirtməməyə çağırıb. Onun sözlərinə görə, Helsinki hazırda Moskva tərəfindən real hücum təhlükəsi görmür.
Almaz Həsənli















.jpg)



































































