İsrail 8 oktyabrda Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq
İsrail 8 oktyabrda Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq, lakin Britaniya diplomatlarını və ya onların ailə üzvlərini ölkədən çıxarmayacaq.
Oxuməni.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, missiya diplomatik statusunu itirəcək və orada çalışan təxminən 30 diplomat Təl-Əvivdəki Britaniya səfirliyində xidmətini davam etdirə biləcək. London əvvəllər yəhudi dövlətinin hərəkətlərinə görə qisas almaqla 30 İsrail diplomatını Böyük Britaniyadan çıxarmaqla hədələmişdi.
6 oktyabrda "Reuters" agentliyi Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunun bağlanmasının qarşısını almaq üçün İsraillə gizli danışıqlar apardığını bildirib. Onun sözlərinə görə, ötən həftə Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell İsrail hakimiyyəti tərəfindən Qərb Şəriyəsində yəhudi yaşayış məntəqələrinin tikintisinə görə Britaniya sanksiyalarına cavab olaraq elan edilən diplomatik nümayəndəliyin bağlanmasının qarşısını almaq üçün İsrailə səfər edib.
8 sentyabrda Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband İcmalar Palatasında (Britaniya Parlamentinin aşağı palatası) çıxış edərək Böyük Britaniyanın Qərb Şəriyəsindəki qanunsuz yəhudi yaşayış məntəqələrindən idxala qadağa qoyacağını açıqlayıb. Sanksiyalar 2027-ci ildə qüvvəyə minəcək. Buna cavab olaraq İsrail 30 gün ərzində Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanacağını elan edib.
Əziz MUSTAFA


















.jpg)



.jpg)

.jpg)














.jpg)






.jpg)





































