Cənubi Koreyanın Ulsan şəhərindəki kimya zavodunda yanğın baş verib, yeddi min nəfər təxliyə edilib
Çərşənbə günü Cənubi Koreyanın Ulsan şəhərindəki kimya zavodunda yanğın baş verib. Oxuməni.az xəbər verir ki, bu barədə Korea Herald məlumat yayıb. Tüstü səbəbindən S-OIL-in yaxınlıqdakı Shaheen neft-kimya layihəsindən təxminən 7000 işçi təxliyə edilib.
Ulsan Yanğınsöndürmə İdarəsinin məlumatına görə, yanğın səhər baş verib. Yanğını söndürmək üçün təxminən 200 xilasedici və üç vertolyot cəlb edilib. Zavoddakı işçilərin hamısı təxliyə edilib. İlkin məlumatlara görə, yanğın yüksək dərəcədə alovlanan maddə olan 8000 litr toluol saxlayan xarici çəndən başlayıb. Yanğından qalın qara tüstü qalxıb.
Tüstü səbəbindən S-OIL işləri qismən dayandırdı və işçiləri təhlükəsiz ərazilərə təxliyə etdi. Polis və yanğınsöndürmə xidmətləri yanğının dəqiq səbəbini müəyyən etmək üçün çalışır.
Daxili işlər naziri Yun Ho-jun hakimiyyət orqanlarına yanğını söndürmək və itkin düşmüş şəxsləri yoxlamaq üçün bütün mövcud resursları səfərbər etməyi tapşırdı.
Əziz MUSTAFA







.jpg)














.jpg)












































.jpg)
















