Brüssüeldə Zelenski ilk dəfə Macarıstanın baş naziri Peter Magyar ilə görüşüb
Ukrayna prezidenti Vladimir Zelenski və Macarıstanın baş naziri Peter Magyar cümə günü, oktyabrın 16-da Brüsseldə Aİ sammiti çərçivəsində ilk görüşlərini keçiriblər. Oxuməni.az xəbər verir ki, bu barədə Magyar Facebook-da məlumat yayıb.
Magyar beş ilə yaxındır davam edən “qeyri-insani Rusiya təcavüzü ilə əlaqədar” Ukrayna ilə tam həmrəy olduğunu bildirib. O, əmin edib ki, Macarıstan tezliklə atəşkəsə nail olmaq və davamlı sülhün bərqərar olması üçün istənilən diplomatik yardımı göstərməyə hazırdır.
Macarıstanın baş naziri həmçinin Ali Radada milli azlıqların təhsili haqqında qanunun qəbul edilməsini, eləcə də Ukrayna tərəfinin onu dərhal həyata keçirməyə başlamasını alqışlayıb. O, bunu dövlətlər arasında "qarşılıqlı etimadın bərpası istiqamətində ilk addım" adlandırıb.
O, həmçinin Kiyevin 1944-1946-cı illərdə macarların Zakarpatiyaya kütləvi deportasiyasını tanıdığı Ukrayna parlamentinin sentyabr qətnaməsinə görə təşəkkür edib.
"Mən Ukrayna Prezidenti ilə razılaşdım ki, biz iki ölkə arasında nazirlər səviyyəsində məsləhətləşmələri davam etdirəcəyik və ölkələrimizdə yaşayan azlıqların vəziyyətinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət yetirəcəyik", - Magyar deyib.
“Azadlıq” radiosunun məlumatına görə, liderlər arasında ilk danışıqlar üzbəüz, nümayəndə heyətləri olmadan baş tutub. Liderlərin müzakirə etdiyi mövzular arasında Ukraynanın Aİ-yə daxil olması və ilin sonuna kimi 4-cü və 5-ci klasterlərin bağlanması da olub.
Əziz MUSTAFA






.jpg)






















.jpg)






















































