Alberta sakinləri referendumda Kanadadan ayrılmaq təklifini rədd ediblər
Kanadanın Alberta əyalətinin sakinləri ölkədən ayrılmaq məsələsi ilə bağlı keçirilən referendumda Kanadanın tərkibində qalmağa səs veriblər.
Oxuməni. az xəbər verir ki, bu barədə CBC telekanalı referendumun ilkin nəticələrinə istinadən məlumat verir.
Səslərin üçdə birindən çoxu hesablandıqdan sonra seçicilərin 76 faizi Kanadanın tərkibində qalmağın lehinə, 23 faizi isə ölkədən ayrılmaqla bağlı daha bir referendumun keçirilməsinin lehinə səs verib.
Referendumun təşəbbüskarı Alberta əyalətinin mühafizəkar baş naziri Daniel Smit olub. O, əvvəlki baş nazir Ceyson Kenninin vəzifədən uzaqlaşdırılmasına nail olan separatçıların dəstəyi sayəsində Birləşmiş Mühafizəkarlar Partiyasına rəhbərlik etməyə başlamışdı.
Separatçılar petisiya vasitəsilə Albertanın Kanadadan ayrılması məsələsini səsverməyə çıxarmağa çalışıblar, lakin məhkəmə onların bu cəhdinin qarşısını alıb. Nəticədə Smit əvvəlcə əyalət sakinlərindən ayrılmaqla bağlı referendumun keçirilməsini istəyib-istəmədiklərini soruşmağı təklif edib.
Daha sonra o, referendumun əyalətin Kanada tərkibində qalmasına “geniş dəstəyi” təsdiqləməsindən çox məmnun olduğunu yazıb.
Kanadanın Baş naziri Mark Karni də referendumun nəticələrini alqışlayıb. Onun sözlərinə görə, bu nəticələr “Alberta sakinlərinin və bütün kanadalıların yeni qətiyyət və iddialı məqsədlərlə birlikdə irəliləyəcəkləri” deməkdir.
“Kanada onun ayrı-ayrı hissələrinin sadəcə cəmindən daha böyükdür. İndi kanadalılar olaraq sahib olduğumuz bütün imkanlardan — dünyanın ən yaxşı ölkəsinə sahib olmağımızdan — istifadə etmək və onu hər birimiz üçün daha yaxşı etmək fürsətimiz var”, – deyə o yazıb.
Xatırladaq ki, mayın 22-də Kanadanın Alberta əyalətində regionun ölkənin tərkibində qalması, yoxsa ayrılma məsələsi ilə bağlı təkrar səsvermənin keçirilməsi barədə sualın referenduma çıxarılması qərara alınıb.
Financial Times qəzeti yanvar ayında yazıb ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Alberta Prosperity Project (APP) təşkilatının rəhbərliyi ilə gizli görüşlər keçirib. Bu təşkilat Alberta əyalətinin Kanadadan müstəqilliyini müdafiə edir.
Almaz Həsənli































































.jpg)








.jpg)











