Aktyor Noel Klark altı ittiham üzrə özünü təqsirli bilmədi
Britaniyalı aktyor və rejissor Noel Klark Böyük Britaniyanın London şəhərindəki Vestminster Magistrat Məhkəməsində altı ittiham üzrə özünü təqsirli bilmədi. Bunlara iki cinsi təcavüz maddəsi daxildir.
Oxuməni.az xəbər verir ki, Reuters-in məlumatına görə, Klark həmçinin çılpaqlıq ittihamını rədd edib. Nəşrin məlumatına görə, iddia edilən hadisələr 2007-ci ildən 2016-cı ilə qədər olan dövrü əhatə edib.
Dinləmə zamanı 50 yaşlı Klark adını, doğum tarixini və ünvanını təsdiqləyib, bundan sonra bütün ittihamlar üzrə özünü təqsirli bilmədiyini bildirib. O, məhkəmədə başqa açıqlama verməyib.
Məhkəmə Klarkı girov müqabilində azadlığa buraxıb. İş üzrə növbəti məhkəmə iclası 18 noyabrda Sautvark Tac Məhkəməsində keçiriləcək.
Klark 2006-cı ildə çəkilmiş "Kidultude" filminin ssenaristi və aktyoru, eləcə də elmi-fantastik serial "Doctor Who"dakı təkrarlanan rolu ilə tanınır.
Əziz Mustafa




















































































