Rusiya ordusunda koronavirusa yoluxanların sayı 1666-ya çatıb

Rusiya ordusunda koronavirusa yoluxanların sayı 1666-ya çatıb

14 May 2020 10:57
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya ordusunda koronavirus testindən keçən hərbi qulluqçuların ümumilikdə 1666 nəfərində yoluxma aşkarlanıb.

Oxuməni.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, onlardan 1244 nəfəri hərbi təhsil müəssisələrində təhsil alanlardır.

“Yoluxanların 378 nəfəri Müdafiə Nazirliyinin hospitallarında, 586 nəfəri növbətçi hərbi tibb məntəqələrində, 20 nəfəri mülki tibb müəssisələrində, 682 nəfəri isə ev şəraitində müalicə olunur”, - məlumatda bildirilib.

Oxuməni.az