Belarusda koronavirusa yoluxanların sayı 27 minə yaxınlaşır

Belarusda koronavirusa yoluxanların sayı 27 minə yaxınlaşır

14 May 2020 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

Belarusda koronavirusa son sutkada daha 947 yoluxma hadisəsi qeydə alınıb.

Oxuməni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada koronavirusdan daha 5 pasiyent ölüb. Ölkə üzrə yoluxanların ümumi sayı 26 772-yə, ölənlərin sayı isə 151-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,4 milyonu ötüb. Bunların 1,6 milyon nəfərdən çoxu sağalıb, 298 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVİD-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxuməni.az