İtaliya xəbərdarlıq etdi: AB-ni tərk edəcəyik

İtaliya xəbərdarlıq etdi: AB-ni tərk edəcəyik

15 May 2020 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Əgər turizmlə bağlı yaşıl dəhlizlər barədə təşəbbüs qüvvəyə minsə, İtaliya Avropa Birliyini tərk edəcək.

Oxuməni.az xəbər verir ki, bunu İtaliya Baş naziri Cüzeppe Konte deyib.

“Biz Avropa Birliyində turistlər üçün imtiyazlı yolların yaradılması barədə razılaşmanı qəbul etməyəcəyik. Əks halda biz AB-ni tərk edəcəyik. Bu dəhlizlər AB-nin vahid bazarının məhvi deməkdir”, – deyə o bildirib.

Qeyd edək ki, bu plana əsasən, koronavirusun az olduğu AB ölkələrində turizmin digərlərindən daha tez bərpa etdirilməsi nəzərdə tutulur.

Oxuməni.az