Rusiyada gün ərzində  10 598 nəfərdə koronavirus aşkar edilmişdir

Rusiyada gün ərzində 10 598 nəfərdə koronavirus aşkar edilmişdir

15 May 2020 14:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bir gün ərzində Rusiyanın 85 regionunda 10598 nəfərdə koronavirus aşkar edilib, 113 nəfər dünyasını dəyişib, 4694 nəfər isə sağalıb.
Oxuməni.az
Rian.ru-ya istinadən xəbər verir ki, Moskvada 4748, Moskva vilayətində 945, Sankt-Peterburqda 541 nəfər yeni koronovirusa yoluxub. Bununla yanaşı, paytaxtda ardıcıl olaraq üç gündür ki, beş mindən az xəstə yoluxma qeydə alınıb.
Həmçinin yeni yoluxmalar Nijni Novqorod, Saratov, Tula, Sverdlovsk, İvanovo və Çelyabinsk vilayətlərində və Yamalo-Nenets Muxtar rayonlarında qeydə alınıb. Xəstələrin təxminən yarısından çoxunda koronovirus simptomu aşkar edilməyib.
Ölkədə epidemiyanın başlanmasından 262 843 hal qeydə alınıb, 58 mindən çox adam sağalıb, 2418 nəfər isə dünyasını dəyişib.

Oxuməni.az