İraq Avropa İttifaqını qınadı

İraq Avropa İttifaqını qınadı

18 May 2020 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

İraq Bağdadda LGBT bayrağı qaldırıldığı üçün Avropa İttifaqının (Aİ) missiyasını qınayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə bəyanat ölkənin Xarici İşlər Nazirliyinin (XİN) saytında dərc olunub.

Sənəddə diplomatların ölkənin adət-ənənələrinə və qanunlarına hörmətlə yanaşmalarının lazım olduğu vurğulanıb. XİN bu cür hərəkətlərin iraqlıların dini baxışlarına qarşı təxribat hesab edilə biləcəyini qeyd edib: “Bununla onlar müxtəlif dinlərin hörmət etdiyi yüksək mənəvi prinsipləri və dəyərləri pozurlar”.

Nazirlik İraqdakı bütün diplomatik nümayəndəliklərin ölkə qanunlarına hörmətlə yanaşmalı və etiket qaydalarına riayət etməli olduqlarını xatırladıb. Bundan əlavə, qurum ölkədə mövcud olan adət-ənənələri təhqir etməməyə çağırıb.

Qeyd edək ki, mayın 17-də Beynəlxalq Homofobiyaya Qarşı Mübarizə Günü münasibətilə Aİ-nin Bağdaddakı qərargahında LGBT bayrağının asıldığını əks etdirən fotolar ortaya çıxıb. Bu aksiyanın Böyük Britaniya və Kanada diplomatik nümayəndəlikləri ilə birlikdə təşkil olunduğu qeyd edilib.

Oxuməni.az