İordaniya İsraillə münasibətlərinə yenidən baxmalı olacaq

İordaniya İsraillə münasibətlərinə yenidən baxmalı olacaq

22 May 2020 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

İordaniya İsraillə münasibətlərinə yenidən baxmalı olacaq.

Oxuməni.az xəbər verir ki, bunu İordaniya Baş naziri Ömər Razzaz deyib.

“Biz İsrailin Fələstin torpaqlarının anneksiyası ilə bağlı birtərəfli addımlarını qəbul etməyəcəyik. Biz İsraillə münasibətlərimizi yenidən nəzərdən keçirməyə məcbur olacağıq”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə İordaniya kralı II Abdulla İsrailin Fələstin ərazilərini şərqə doğru anneksiya edəcəyi təqdirdə, Təl-Əvivlə ciddi toqquşmaya girəcəklərini söyləmişdi.

Oxuməni.az