Liviyada Həftər ordusunun qurduğu partlayıcıların işə düşməsi nəticəsində mülki şəxslər ölüb

Liviyada Həftər ordusunun qurduğu partlayıcıların işə düşməsi nəticəsində mülki şəxslər ölüb

24 May 2020 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Liviyanın Səlahəddin və Məşru bölgələrində qiyamçı Xəlifə Həftər ordusunun geri çəkilərkən qurduğu partlayıcıların işə düşməsi ilə mülki şəxslər ölüb.

Oxuməni.az xəbər verir ki, bu barədə Liviya hökumətinə bağlı qüvvələrin sözçüsü Məhəmməd Kununu deyib.

O bildirib ki, hadisə nəticəsində evlərinə qayıdan 2 dinc sakin həlak olub.

Qeyd edək ki, M.Kununu əhaliyə ordudan ikinci bir əmr gələnə kimi evlərinə dönməməklə bağlı xəbərdarlıq edib.

Oxuməni.az