Ermənistan Dağlıq  Qarabağ və işğal etdiyi 7 rayonla birgə Rusiya Federasiyasının tərkibinə daxil edilir?

Ermənistan Dağlıq Qarabağ və işğal etdiyi 7 rayonla birgə Rusiya Federasiyasının tərkibinə daxil edilir?

26 May 2020 09:30
Bəyəndim (0) Bəyənmədim (1)

Rusiyanın siyasi dairələrində Ermənistanın Rusiya Federasiyasının tərkibinə daxil edilməsi məsələsinə baxılır.

Oxuməni.az-ın verdiyi xəbərə görə, nüfuzlu “Vremya” nəşrinin Rusiyanın diplomatik strukturlarındakı mənbəyə istinadən verdiyi məlumata əsasən, bununla bağlı artıq Ermənistan Prezidenti Armen Sərkisyanın ilkin razılığı alınıb.

N.Paşinyanın isə məsələ ilə bağlı Rusiya lideri Vladimir Putinə “hə” dediyi vurğulanır.

Ermənistanın özündə Rusiya tərkibinə qatılma faktı uzun sürən sosial-iqtisadi böhranla vidalaşmaq imkanı kimi təqdim olunacaq. Eyni zamanda, Azərbaycanın ildən-ilə artan hərbi gücünün təsirini neytrallaşdırmaqdan ötrü başqa yolun olmadığı da qeyd ediləcək.

Güman edilir ki, Ermənistan Rusiyanın tərkibinə Federasiyasının subyektlərindən biri kimi daxil olacaq.

Bu barədə məşhur rusiyalı tarixçi-qafqazşünas, politoloq Oleq Kuznetsov Axar.az-a bildirib ki, bu halda Kreml işğal olunmuş torpaqları Azərbaycana qaytaracaq.

“Kreml həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, buna görə də heç vaxt işğal edilmiş Qarabağın və ətraf rayonların Azərbaycan torpaqlarının ilhaqına getməyəcək. Onsuz da Moskvanın Krım və Ukraynanın şərq vilayətləri ilə (Luqansk, Donetsk) bir çox problemləri var”, - deyə müsahibimiz bildirib.

Bununla belə bəzi məlumatlara görə, Ermənistan Dağlıq Qarabağ və ətrafında işğal etdiyi rayonların öz nəzarətlərində qalması şərti ilə Rusiyanın tərkibinə daxil olmağa razılıq verib. Aydın məsələdir ki, Ermənistan Rusiyanın tərkibinə elə-belə daxil olmağa raazılıq verməyib və bu planın arxasında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü üçün ciddi təhlükələrin ola biləcəyini istisna etmək olmaz.

Oxuməni.az