Nyu-Yorkda atışma olub, ölən və yaralananlar var

Nyu-Yorkda atışma olub, ölən və yaralananlar var

3 İyun 2020 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Nyu-York şəhərində atışma baş verib.

Oxuməni.az "TASS"a istinadən xəbər verir ki, yerli vaxtla təxminən saat 21:00-dan sonra (Bakı vaxtı ilə 05:00) silahlı şəxs odlu silahdan istifadə edərək iki nəfəri yaralayıb.

Hadisə yerinə gələn polis əməkdaşları cinayətkarı ağır yaralayıblar. O, daha sonra ölüb. İnsident zamanı iki polis əməkdaşı xəsarət alıb.

Qeyd edilir ki, ötən gecə ərzində Nyu-Yorkda afroamerikalı Corc Floydun ölümündən sonra başlayan etiraz aksiyaları zamanı təxminən 700 nəfər saxlanılıb.

Oxuməni.az