Çavuşoğlu: "Aya Sofya mülkümüzdür"

Çavuşoğlu: "Aya Sofya mülkümüzdür"

3 İyun 2020 16:20
Bəyəndim (0) Bəyənmədim (0)

Aya Sofya Türkiyənin bir mülküdür və fəth edilib.

Oxuməni.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkə mətbuatına açıqlamasında deyib.

“Bu həyasızlığı necə etmək olar? Türkiyə ərazisində azanın və yaxud Quranın harada, nə vaxt oxunacağını Yunanıstan müəyyən edə bilməz. Türkiyəyə bu mövzuda ağıl verəcək son ölkə Yunanıstandır. Avropada məscid olmayan tək paytaxt Afinadır”.

Qeyd edək ki, İstanbulun fəthinin ildönümü münasibətilə Aya Sofyada Quran ayələri oxunub. Bununla bağlı Yunanıstan Xarici İşlər Nazirliyi Türkiyəyə mesaj göndərərək bildirib ki, 1935-ci ildən bəri muzey kimi fəaliyyət göstərən Aya Sofyada Quran ayələrinin oxunması xristianların dini hisslərinə təhqirdir.

Oxuməni.az