Cənubi Koreyada COVID-19-a yoluxanların sayında artım davam edir

Cənubi Koreyada COVID-19-a yoluxanların sayında artım davam edir

4 İyun 2020 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Koreyada son bir gündə COVID-19-a 39 yeni yoluxma qeydə alınıb.

Oxuməni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəz bildirib.

Mərkəzin məlumatına görə, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 11 629-a çatıb. Qeyd edilir ki, COVID-19-a yoluxmuş ümumilikdə 10 449 pasiyent sağalıb.

Son zamanlar Cənubi Koreyada COVID-19-a gündəlik 30-80 yoluxma qeydə alınır. Hərçənd aprelin əvvəllərindən yeni yoluxma hallarının sayı gündə tədricən 10-20 hala qədər azalmışdı.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Oxuməni.az