ABŞ-da 10 minə yaxın etirazçı saxlanıldı

ABŞ-da 10 minə yaxın etirazçı saxlanıldı

4 İyun 2020 11:19
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da etiraz aksiyalarının başladığı gündən bəri hüquq-mühafizə orqanları tərəfindən 9,8 min nümayişçi saxlanılıb.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə "CNN"in hesablamalarında göstərilib.
Qeyd olunub ki, nümayişlərdə iştirak edən 9813 etirazçı polis tərəfindən saxlanılaraq təcridxanalara aparılıb.
Ən çox etirazçı Los-Ancelesdə saxlanılıb - təxminən 2,7 min nəfər. Hazırda 28 ştatda və Kolumbiya federal dairəsində 20,4 min hərbçi asayişin qorunmasına cəlb olunub. Vaşinqton və Nyu-York daxil olmaqla, 40-a yaxın şəhərdə komendant saatı tətbiq edilib.
Qeyd edək ki, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ölkədə etirazlara səbəb olub.

Oxuməni.az