Kommunal xidmətlərə görə xeyli miqdarda borcu olan Ukrayna vətəndaşlarnın nəqliyyat vasitələri müsadirə olunur

Kommunal xidmətlərə görə xeyli miqdarda borcu olan Ukrayna vətəndaşlarnın nəqliyyat vasitələri müsadirə olunur

20 İyun 2020 14:12
Bəyəndim (1) Bəyənmədim (0)

Kommunal xidmətlərə görə xeyli miqdarda borcu olan Ukrayna vətəndaşları xaricə getmək hüququndan məhrum edilir və nəqliyyat vasitələri müsadirə olunur.

Bunu ölkənin Ədliyyə naziri Denis Malyuska deyib.

Onun sözlərinə görə, hər bir vətəndaşın nə qədər vəsaiti olmasını öyrənmək çətin deyil: “Buna bənzər tədbirlər külli miqdarda borcu olan vətəndaşlara tətbiq edilir. Onlar pensiya alan şəxslər qədər ödəniş etmir. Halbuki, pensiyaçılar nümunəvi vətəndaşlardır”.

Qeyd edək ki, 2020-ci ilin mart ayında Ukrayna əhalisinin mənzil-kommunal xidmətlərə olan ümumi borcu əvvəlki aya nisbətən 1,8% azalaraq 60,2 milyard qrivna təşkil edib.

Oxuməni.az