Türkiyə yenidən Fransadan üzr istəməyi tələb edir

Türkiyə yenidən Fransadan üzr istəməyi tələb edir

7 İyul 2020 12:46
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə bu dəfə Xəlifə Haftar başda olmaqla liviyalı qiyamçılara verdiyi dəstəyə görə Fransadan üzr istəməyi tələb etdi.

Oxuməni.az euronews-a istinadən xəbər verir ki, bunu NATO baş katibinin müavini və Cənubi Qafqaz, Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

"Biz beynəlxalq məsələlərin müzakirəsinə, məsələn, Liviyadakı vəziyyətin müzakirəsinə gəldikdə görürük ki, Aİ-nin vahid mövqeyi yoxdur. Bəzi Avropa ölkələri Haftarı açıq şəkildə dəstəkləyirlər. Fransa qoşunlarına silah verir, logistik dəstək verir. Bizim buna birbaşa sübutumuz var. Ona görə də biz hesab edirik ki, Fransa Türkiyədən üzr istəməlidir", - deyə Mövlud Çavuşoğlu bildirib.

Bu, Ankaranın Parisdən üzr istəməyi tələb etdiyi ilk məsələ deyil. İyunda Fransa prezidenti Emmanuel Makron Türkiyəni NATO üzrə müttəfiq ölkələrin maraqlarına əməl etməməkdə ittiham edib. Bu isə iki dövlət arasında diplomatik böhran və Aralıq dənizində qarşıdurmanın nəticəsidir.

Oxuməni.az