Dodon Moldova parlamentinə növbədənkənar seçkidən imtina etməyəcəyini bildirib

Dodon Moldova parlamentinə növbədənkənar seçkidən imtina etməyəcəyini bildirib

7 İyul 2020 15:58
Bəyəndim (0) Bəyənmədim (0)

Moldova Prezidenti İqor Dodon parlamentə növbədənkənar seçkilərin keçirilməsi ideyasından imtina etməyəcəyini bildirib.

Oxuməni.az Rian.ru-ya istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsinin qərarı ilə onları respublika başçısının seçkiləri ilə birləşdirmək olmaz.

Bundan əvvəl Konstitusiya Məhkəməsinə parlamentin bir neçə Partiyasının nümayəndələri müraciət etmişdilər ki, noyabrın 1-nə nəzərdə tutulmuş prezident seçkiləri ilə növbədənkənar parlament seçkilərinin keçirilməsinin mümkün olub-olmadığını aydınlaşdırsınlar. KŞ çərşənbə axşamı qərara alıb ki, bu seçki proseslərini birləşdirmək olmaz.

"Hazırkı parlament özünü nüfuzdan saldı... bu qanunvericilik yenidən başlamalıdır. Biz xalqın iradəsinə arxalanacağıq və lazım olarsa, qanunvericilik baxımından mümkün qədər tez növbədənkənar parlament seçkilərini təşkil edəcəyik", - deyə Dodon “Sputnik Moldova”ya şərhində bildirib.

Oxuməni.az