ÜST: Dünyada koronavirusa yoluxanların sayı 168 mindən çox artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 168 mindən çox artıb

9 İyul 2020 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 168 mindən çox artıb.

Oxuməni.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 8-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 168 957 nəfər yeni koronavirusa yoluxub, 4 147 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 11 669 259, ölənlərin isə 539 906 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 6 004 685 yoluxma və 268 828 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 827 789, ölənlərin sayı isə 201 255 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 204 698 yoluxma və 28 664 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxuməni.az