Avstriya, Macarıstan və Sloveniya sərhədin mühafizəsində dronlardan istifadə edəcək

Avstriya, Macarıstan və Sloveniya sərhədin mühafizəsində dronlardan istifadə edəcək

3 Avqust 2020 08:14
Bəyəndim (1) Bəyənmədim (0)

Avstriya Macarıstan və Sloveniya ilə dövlət sərhədinin mühafizəsində dronlardan istifadə edəcəkdir. Avqust ayında start veriləcək pilot layihə çərçivəsində dronlar sərhəd zolağında helikopterləri əvəz edəcək.

Oxuməni.az xəbər verir ki, bu məlumatı Avstriyanın Federal Daxili İşlər naziri Karl Nehammer Avstriya Mətbuat Agentliyinə (АPA) verdiyi açıqlamada təsdiqləyib. O qeyd edib ki, qeyri-leqal miqrant axınlarını nəzarətdə saxlamaq üçün indiyədək helikopterləri sərhəd boyunca havadan müşahidə aparır və bu uçuşlar olduqca baha başa gəlir. Xərcləri aşağı salmaq üçün nazirlikdə dronlardan istifadə barədə qərar verilib. Foto və videomaterialları real vaxt rejimində idarə mərkəzinə ötürən dronlar eyni zamanda istilik kameraları ilə də təhciz olunacaqdır.

Nazir həmçinin bildirib ki, Avropa İttifaqının xarici sərhəd nəzarəti effektiv şəkildə fəaliyyət göstərməyincə, Avstriya öz sərhədlərinin mühafizəsində yeni texnologiyaların tətbiqinə məcbur olacaqdır. O, aktual miqrasiya problemlərini müzakirə etmək üçün avqustun sonunda Yunanıstana səfər edəcəyini də bildirib.

Oxuməni.az