İnquşetiyada terror aktı hazırlayan iki terrorçu məhv edilib

İnquşetiyada terror aktı hazırlayan iki terrorçu məhv edilib

7 Avqust 2020 09:58
Bəyəndim (11) Bəyənmədim (2)

İnquşetiya Respublikasında terror aktı hazırlayan iki terrorçu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məhv edilib.

Oxuməni.az-ın "TASS"a isitnadən verdiyi məlumata görə, bu barədə Milli Terrorla Mübarizə Komitəsinin informasiya mərkəzindən bildiriblər.

Məlumatda deyilir: "İnquşetiyanın Nazran şəhərində və Malqobek rayonunda həyata keçirilən antiterror əməliyyatı zamanı iki yaraqlı zərərsizləşdirilib, biri isə saxlanılıb. Onların kimliyi müəyyən edilib. Məlumata görə, onlar respublika ərazisində bir sıra terror cinayətləri törətmək niyyətində olublar".

Terrorçularla toqquşmanın baş verdiyi yerdə silah, döyüş sursatı və partlayıcı qurğu aşkar edilib.

Oxuməni.az