Belarusda prezident seçkilərində seçici fəallığı 84,05 faiz olub

Belarusda prezident seçkilərində seçici fəallığı 84,05 faiz olub

10 Avqust 2020 09:41
Bəyəndim (7) Bəyənmədim (0)

Belarusda keçirilən prezident seçkilərində yerli vaxtla saat 20:00 üçün seçici fəallığı 84,05 faiz təşkil edib.

Oxuməni.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildiriblər.

Məlumata əsasən, Brest vilayətində seçici fəallığı 91,97 faiz, Vitebsk vilayətində - 82,73 faiz, Qomel vilayətində -89,91 faiz, Qrodnen vilayətində - 88,81 faiz, Misk vilayətində -84,53 faiz, Moqilevsk vilayətində - 90,44 faiz, Minsk şəhərində isə - 66,10 faiz olub.

Qeyd edək ki, 2015-ci ildə Belarusda keçirilən seçkilər zamanı seçici fəallığı 87,22 faiz olub. Seçicilərin 83,5 faizi Aleksandr Lukaşenkoya səs verib.

Oxuməni.az