ABŞ prezidenti Putini G7 sammitinə dəvət etmək istəyir

ABŞ prezidenti Putini G7 sammitinə dəvət etmək istəyir

11 Avqust 2020 10:55
Bəyəndim (5) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp ölkəsində keçirilməsi nəzərdə tutulan G7 sammitinə Rusiya prezidenti Vladimir Putini də dəvət etmək istəyir.

Bu barədə Oxuməni.az RİA “Novosti”yə istinadən xəbər verir.

“Bir sıra liderləri görüşə dəvət etdik. Əlbətdə onu (Vladimir Putin - Red) görüşə dəvət edərdim. G7-yə daxil olmayan liderləri dəvət edəcəyik, bəziləri artıq dəvətləri qəbul ediblər”, deyə Tramp bildirib.

Xatırladaq ki, Ağ evin mətbuat xidməti Donald Trampın G7 sammitinin iyunun sonundan sentyabra keçirilməsi və buraya Avstraliya, Rusiya, Koreya Respublikası və Hindistanı dəvət etmək planı barədə məlumat yayıb. Koreya Respublikası və Avstraliya ABŞ liderinin dəvətini artıq qəbul etdiklərini bəyan ediblər.

Lakin Böyük Britaniya və Kanada G7-nin genişləndirilməsinin əleyhinədir. Yaponiya Koreya Respublikasının G7 sammitinə dəvət olunması barədə təklifə etirazını bildirib.

Oxuməni.az