Kreml Putinlə Lukaşenkonun gizli görüşü haqda deyilənlərə reaksiya verib

Kreml Putinlə Lukaşenkonun gizli görüşü haqda deyilənlərə reaksiya verib

13 Avqust 2020 12:40
Bəyəndim (3) Bəyənmədim (0)

Rusiya Prezidenti Vladimir Putinin gündəliyində belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüş yoxdur.

Oxuməni.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin açıqlamasında deyilir.
Bundan əvvəl, Lukaşenkonun təcili olaraq Putinlə görüşmək üçün Moskvaya uçduğu barədə xəbərlər yayılıb.
"Gündəlikdə belə bir görüş yoxdur", - deyə mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, Belarusda prezident seçkiləri avqustun 9-da baş tutub. MSK-nın yenilənmiş məlumatlarına görə, hazırkı prezident Aleksandr Lukaşenko 80,08% səs toplayıb. Lukaşenko 26 ildir ölkəyə rəhbərlik edir.

Oxuməni.az